EN

Felippe Koutinyo “Vasqo da Qama”dan ayrılıb

Bakı, 19 fevral, AZƏRTAC

Braziliya millisinin sabiq futbolçusu Felippe Koutinyo ölkəsinin “Vasqo da Qama” komandasından ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Felippe Koutinyo “Barselona”, “Bavariya”, “Liverpul” və “İnter” kimi tanınmış klublarda oynayıb.

Chosen
108
1
azertag.az

2Sources