EN

“Changan”ı təmir edən usta dəhşətə gəldi Belə maşınlardan uzaq durun (VİDEO)

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Videoda sürücü avtomobilini ustaya aparıb. “Changan” markasına məxsus avtomobilin qapısının nazik olduğu açıq şəkildə görünür. Sürücü həmin qapının incəliyini hətta enerji içkilərinin qutularının nazikliyi ilə müqayisə edir. Belə hallar yol təhlükəsizliyi baxımından narahatlıq doğurur. Son dövrlərdə ölkədə yol qəzalarının sayı artıb və bu qəzalarda ölümlərin də artması müşahidə olunur. Avtomobil istehsalında keyfiyyət və təhlükəsizlik standartlarının təmin olunmaması bu cür hadisələrin baş verməsinə səbəb olur.Bu barədə nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlama verib.O bildirib ki, yayılan bu cür görüntülər avtomobil bazarında keyfiyyət və təhlükəsizlik məsələlərinin nə qədər ciddi problem olduğunu bir daha gündəmə gətirir:“Avtomobil qapılarının və kuzov elementlərinin həddindən artıq nazik olması istehsalçıların təhlükəsizlikdən çox maya dəyərinə üstünlük verdiyini göstərir. Halbuki müasir avtomobillərdə əsas prioritet sərnişinlərin qorunması, zərbəni udan konstruksiyalar və beynəlxalq təhlükəsizlik standartlarına uyğunluq olmalıdır. Qapı və kuzovun zəifliyi qəza zamanı ölüm və ağır xəsarət riskini dəfələrlə artırır. Əlbəttə ki, ölkədə yol qəzalarının və bu qəzalar nəticəsində ölüm hallarının artması yalnız sürücü səhvləri ilə izah edilə bilməz. Avtomobillərin texniki vəziyyəti və təhlükəsizlik səviyyəsi də bu statistikanın mühüm hissəsidir. İdxal olunan və ya satılan avtomobillərin təhlükəsizlik testlərindən keçməsi, onların real yol şəraitində necə olacağının yoxlanılması vacibdir. Əks halda, ucuz və keyfiyyətsiz avtomobillərin bazarda artması yol təhlükəsizliyi baxımından ciddi risk olaraq qalacaq”.Leyla Turan

Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
demokrat.az

1Sources