UEFA Çempionlar Liqası pley-off mərhələsi çərçivəsində keçirilən “Nyukasl” matçında “Qarabağ”ın futbolçusu Toral Bayramovun komanda yoldaşı ilə ehtiyat skamyasında gülməsi azarkeşlərin etirazına yol açıb.
İdmanxeber.az-ın məlumatına görə, fanatlar hesab 4:0 rəqibin xeyirinə olarkən oyunçuların rahat davranışlarını qəbul etməyib.
Hətta azarkeşlərdən bəziləri futbolçuların cəzalandırılmasını tələb edib.