EN

Paytaxtda yağmursuz, bölgələrdə yağış və qar...

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrində hava şəraitinin şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 17-22, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq.

Q.ƏLİYEVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
20
xalqqazeti.az

10Sources