Ukrayna Müdafiə Nazirliyi MT-GEKKO-PRO-40 və MT-GEKKO-PRO-50 monokulyar tipli gecəgörmə cihazlarının Silahlı Qüvvələrdə istismarına icazə verib.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gücləndirilmiş qorunmaya malik olan və ekstremal yüklənmələrə tab gətirə bilən gecəgörmə cihazları artıq döyüş sınaqlarından uğurla keçib.
Konfiqurasiyadan asılı olaraq, bu monokulyarlar vasitəsilə insan fiqurlarını 400 metrdən artıq məsafədə, texnikanı isə təxminən 2 kilometr məsafədə müşahidə etmək mümkündür.
MT-GEKKO-PRO-40 və MT-GEKKO-PRO-50 gecəgörmə cihazlarının Ukrayna istehsalı olması və əksər hallarda xarici analoqlardan daha münasib qiymətə təklif edilməsi onların əsas üstünlüklərindən sayılır.