ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kapital Bank-ın Müşahidə Şurasının qərarı ilə İdarə heyətinə yeni üzv təyin olunub.
Marja.az xəbər verir ki, qərara əsasən Calal Orucov Bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb. O, Kapital Bank-ın Ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edək ki, Calal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, PAŞA Bank-da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda PAŞA Kapital-da Müşahidə Şurasının üzvüdür.
İş elanları AzVak.az-da
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.