EN

Gecəsi 1800 manatlıq otaqda 2 qəpiyə qaldı, tutuldu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyada lüks otellərin onlayn rezervasiya sisteminə müdaxilə edərək fırıldaqçılıq edən 20 yaşlı gənc polis tərəfindən saxlanılıb. O, gecəlik qiyməti min avro olan otaqları cəmi 1 sentə sifariş edərək otellərə ciddi maddi ziyan vurub.Demokrat.az xəbər verir ki, Madriddəki otellərin birində yaxalanan şübhəlinin indiyədək müxtəlif yerlərdə qalmaqla 20 min avrodan çox borc yığdığı məlum olub. Sonuncu dəfə qaldığı otağın əsl qiyməti 4 min avro olsa da, o, ödəniş sistemini dəyişərək məbləği 0,01 avro kimi rəsmiləşdirib. İlk baxışda əməliyyat uğurlu görünsə də, otelə faktiki olaraq cəmi 1 sent köçməsi saxtakarlığı üzə çıxarıb.Rezervasiya saytının şübhəli aktivlik barədə məlumat verməsindən sonra polis dörd gün ərzində həmin şəxsi müəyyən edib. Hüquq-mühafizə orqanları bu üsulun ölkədə ilk dəfə qeydə alındığını bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər Kanar adalarında da oxşar əmələ görə tutulub.Hazırda istintaq davam edir və bu metodun digər mehmanxanalarda da tətbiq edilib-edilmədiyi araşdırılır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
demokrat.az

1Sources