EN

Senatorlar Putindən neft, qaz və uran alan ölkələrə təzyiq göstərəcək

Ukraynaya səfər edən amerikalı demokrat senatorlar Rusiyaya təzyiqi artırmaq və onu müharibəni dayandırmağa məcbur etmək üçün enerji sahəsində yeni sərt sanksiyaların və digər qanunların qəbuluna çalışacaqlarını vəd ediblər...

Poliqon xəbər verir ki, bu barədə Reuters yazıb.

"Putinə təzyiq göstərmək üçün daha fəal səylər və real iş görəcəyik", deyə senator Canne Şahin və digər üç demokrat senator bildiriblər.

Senator Riçard Blumenthal isə qeyd edib ki, Rusiya nefti və qazını alan ölkələrə bu fəaliyyəti dayandırmaq üçün güclü stimullar verilməlidir. O, bu ölkələr arasında Çin, Hindistan, Macarıstan və Braziliyanı göstərib və bunun Ukraynanın mübarizəsinə real müsbət təsir göstərə biləcəyini vurğulayıb.

Nəşr qeyd edir ki, hələ qəbul olunmamış əsas qanun layihələrindən biri Rusiya nefti, qazı və uranı alan ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Bu qanun layihəsi Blumenthal və respublikaçı senator Lindsi Qrem tərəfindən təqdim olunub. O, 100 senatorun 85-nin dəstəyini qazansa da, hələ səsverməyə çıxarılmayıb. Bildirilir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın buna qarşı olmasıdır. Qeyd olunur ki, 2025-ci ilin yanvarında ikinci prezidentlik müddətinə başladıqdan sonra Tramp sanksiyalarla bağlı qərarları Konqres deyil, Ağ ev səviyyəsində verir.

Ukraynada olan demokrat senatorlar sanksiyaların tezliklə qəbul olunacağına ümid etdiklərini bildiriblər. Onlar həmçinin Rusiyanın neftini Çin, Hindistan və digər ölkələrə daşıyan “kölgə donanması” ilə bağlı ayrıca qanun layihəsi ilə bağlı da optimist olduqlarını deyiblər.

Rod-Aylend ştatından senator Şeldon Vhitehous bildirib: "Heç kim — sözün əsl mənasında heç kim — Rusiyanın bizim hökumətlə və ukraynalılarla danışıqlarda vicdanla davrandığına inanmır. Buna görə təzyiq əsas amilə çevrilir və kölgə donanması da bu təzyiqin elementlərindən biridir".

Poliqon.info

Chosen
78
poliqon.info

1Sources