Meyxanaçı Aydın Sani qatıldığı "Rəngarəng" verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sənətçi gündəlik həyat xərclərindən və dolanışıq şərtlərindən danışıb.
O, bildirib ki, yaşadığı mühiti, geyim-keçim xərclərini, eləcə də xeyir-şər mərasimləri üçün tələb olunan vəsaiti nəzərə alanda aylıq 1200-1500 manat gəlirin onun üçün kifayət edəcəyini düşünür:
"Biləm ki, bu qədər maaş alıram, özümü də dolandıraram, ailəmə də çatdıraram. Hətta dostlarıma da haradasa dəstək ola bilərəm", - deyə meyxanaçı vurğulayıb.