EN

Bu xəstəliklər daha erkən aşkarlana bilər - TƏDQİQAT

Yazını böyüt
Yazını kiçilt

Avstraliyada fəaliyyət göstərən “Centenary” institutunun tədqiqatçıları ciddi qaraciyər xəstəliklərinin daha erkən və dəqiq aşkarlanmasına imkan verən yeni diaqnostik vasitə təqdim ediblər.

Hafta.az xəbər verir ki, “FAP-İndeks” adlanan üsul metabolik yağlı qaraciyər xəstəliyinin yaratdığı ağır qaraciyər zədələnməsi riskini müəyyənləşdirməyə kömək edir.

Alət sadə qan testi vasitəsilə fibroblast aktivləşdirmə zülalını ölçərək mövcud klinik məlumatlarla birlikdə xəstənin qaraciyər zədələnməsiı riskini qiymətləndirir.

Tədqiqat “Journal of Gastroenterology and Hepatology” nəşrində dərc olunub. Nəticələrə görə, “FAP-İndeks”in mövcud risk qiymətləndirmə üsullarına əlavə edilməsi qeyri-müəyyən diaqnostik nəticələri 70 faizə qədər azaldır və əlavə müayinələrə ehtiyacı minimuma endirir.

Araşdırmanın ilk müəllifi bildirib ki, yeni alət ilkin tibbi yardım səviyyəsində istifadəyə uyğun, sadə və əlverişlidir./Sinxua/

Chosen
17
2
hafta.az

3Sources