EN

Almaniyaya xam neft ixracı azaldı

Bu ilin yanvar ayında Azərbaycan Almaniyaya 91 min 294,06 ton xam neft ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 43 milyon 249,21 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 dəfə, dəyəri isə 5,2 dəfə azdır.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Chosen
21
17
bakivaxti.az

10Sources