EN

Emin Hüseynov Atatürkə də dil uzatdı: “Bağışlanmaz hərəkətdir” DEPUTAT

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq təxribat xarakterli davranışlarını davam etdirən Emin Hüseynov növbəti qalmaqallı açıqlama ilə gündəmə gəlib. 

O, yayımladığı videomüraciətdə bu məsələyə görə utanmadığını bildirərək özünə haqq qazandırmağa çalışıb. E.Hüseynov çıxışında həmçinin Türkiyə Cumhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk barədə də əsassız iddia səsləndirib. 

O, Atatürkün vaxtilə gizlənmək üçün qadın geyimi geyindiyini irəli sürüb. Lakin bəzi qeyri-ciddi iddialar xaric bununla bağlı tarixi fakt yoxdur. Hüseynov çıxışında belə deyib: “Mən qadın paltarı geyinməkdən utanmıram. Bir dəfə Mustafa Kamal Atatürk də kimdənsə gizlənirmiş. 

Belə bir hadisəni haradasa oxumuşam. Deyilənə görə, evi mühasirəyə alıblar. Qadınların çıxmasına icazə veriblər, sonra evə hücum edəcəklərini bildiriblər. O da başına çadra örtərək qaçanda onu əldən buraxıblar”. 

“Cebheinfo.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, baş verənlər bir daha Birinci vitse-prezident Mehriban xanım Əliyevanın söylədiklərinin doğru olduğunu göstərir. O qeyd edib ki, bu cür davranışlarla fəxr etmək yolverilməzdir və bu, sadəcə olaraq verilən suallardan yayınmaq cəhdidir: 

“Bu göstərir ki, ona ünvanlanan suallara cavab vermək istəməyib və məsuliyyətdən yayınmağa çalışıb. Hər bir vətəndaş dövlətin sualları qarşısında açıq və məsuliyyətli olmalıdır. Əgər dövlət və cəmiyyət qarşısında düzgündürsə, məsuliyyət daşıyırsa, həmin suallardan qaçmamalıdır”. 

Aydın Mirzəzadə vurğulayıb ki, tarix hər kəsin kimliyini və hansı mövqedə olduğunu ortaya qoyur: 

“Digər tərəfdən, özünü təmizə çıxarmaq məqsədilə tarixin ən görkəmli şəxsiyyətlərindən biri haqqında yalan informasiya yayması bağışlanmaz bir hərəkətdir. Tarix hər kəsin kim olduğunu və necə olduğunu yaxşı bilir. Son hadisələr də bunu bir daha təsdiqlədi”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

Emin Hüseynov Aydın Mirzəzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
cebheinfo.az

2Sources