Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bill Qeyts Hindistanda keçirilən “AI Impact Summit” beynəlxalq sammitində planlaşdırılan əsas məruzəsini son anda ləğv edib.
Bizimyol.info xəbər verir ki, qərar onun maliyyəçi Jeffrey Epsteinlə əlaqələri barədə sualların yenidən aktuallaşması fonunda verilib.
“Microsoft”un həmtəsisçisi olan milyarder həftənin əvvəlində Hindistana səfər etmişdi. Onun rəhbərlik etdiyi "Bill & Melinda Gates Foundation" ölkə hökuməti ilə süni intellektin sosial sahədə tətbiqi üzrə əməkdaşlıq edir. Qeytsin sammitdə Hindistanın baş naziri Narendra Modidən sonra çıxış edəcəyi gözlənilirdi.
Lakin çıxışına bir neçə saat qalmış onun proqramdan çıxarıldığı açıqlanıb. Fondun yaydığı bəyanatda bildirilib ki, qərar sammitin əsas prioritetlərinə diqqətin yayınmaması üçün qəbul edilib. Halbuki bundan 48 saat əvvəl Qeytsin plan üzrə çıxış edəcəyi təsdiqlənmişdi.
Yanvarın sonunda Epşteyn işi ilə bağlı yeni sənədlərin açıqlanması Qeytsin onunla münasibətləri ətrafında müzakirələri yenidən gücləndirib. Qeyts Epşteynlə əlaqələrinə görə peşman olduğunu desə də, ona qarşı irəli sürülən iddiaları təkzib edib.
Fond Hindistanda səhiyyə və inkişaf sahəsində fəaliyyətini davam etdirəcəyini və sammitdə digər nümayəndə tərəfindən təmsil olunacağını bildirib. Sammitdə bir sıra beynəlxalq texnologiya və siyasi liderlərin də çıxışı planlaşdırılıb.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.