EN

Avtobuslarda ölümcül sıxlıq var Deputat həll yolunu açıqladı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda marşrut avtobuslarında sərnişin sıxlığı və tıxaclar gündən-günə artır. Son günlərdə avtobuslarda sərnişinlərin halının pisləşməsi halları müşahidə olunur, bəzən isə həyatını itirənlər də olur. Bu vəziyyət ictimai nəqliyyatın təhlükəsizliyi və sərnişinlərin sağlamlığı baxımından narahatlıq doğurur. Bu da öz növbəsində yollarda olan sıxlıq və tıxacın hansı faciələrə yol açdığını göstətir.Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlama verib. O deyib ki, son illər nəqliyyat sektorunda islahatların aparıldığını, müəyyən addımların atıldığını və strateji yol xəritəsinin formalaşdırıldığı görürülür:“Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı da uğurla icra olunur. Sözügedən proqram çərçivəsində bir sıra həll yolları müəyyən olunub. Amma Azərbaycanda, xüsusilə Bakıda nəqliyyat probleminin nə qədər dərin olduğunu nəzərə alsaq, bir neçə ay ərzində nələrinsə dəyişməsini gözləmək olduqca qeyri-real və absurd yanaşma olardı. Ümumiyyətlə Bakıda nəqliyyatda sıxlıq şəhərdə yaşamağı gündən-günə çətinləşdirir. Dünyada inkişaf etmiş ölkələrdə isə tıxacın aradan qaldırılması ilə bağlı əsas hədəf ictimai nəqliyyatı inkişaf etdirməkdir. Ümumiyyətlə, ictimai nəqliyyatın digər alternativ növləri, trolleybus və tramvayların istifadəsi tıxacların aradan qaldırılmasına kömək edən amildir”. O bildirib ki, xüsusilə bu istiqamətdə düşünmək lazımdır:“İctimai nəqliyyatın alternativ növlərinin bərpası zəruridir. Bu sahədə qəbul edilmiş dövlət proqramında da ictimai nəqliyyatın digər növləri olan tramvay və trolleybusların bərpa edilməsinə baxılmalıdır. Bakı kəndləri istiqamətində trolleybus və tramvay xətləri mümkündür. Həmçinin metro şəbəkəsinin genişləndirilməsinə də böyük ehtiyac duyulur. Şərt o deyil ki, metro mütləq yerin altında olmalıdır. Bəzi yerlərdə yeraltı, bəzilərində isə yerüstü imkanlardan istifadə edib metro şəbəkəsini genişləndirmək lazımdır”.Qeyd edək ki, ötən gün Bakıda marşrut avtobusunda sərnişin ölüb. Hadisə səhər saatlarında qeydə alınıb. Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
demokrat.az

1Sources