EN

ABŞ hərbçiləri Venesuelada danışıqlar aparıblar

Britaniyanın "Reuters" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığıməlumataəsasən, bu, ABŞ hərbçilərinin yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun həbsindən bəri bu ölkəyə ilk səfəridir. Onlar paytaxt Karakas şəhərində hökumət nümayəndələri ilə danışıqlar aparıblar.

ABŞ Cənub Komandanlığının "X" hesabından verilən xəbərə görə, tərəflərVenesuelada vəziyyətin sabitləşdirilməsi səylərini, Prezident Donald Trampın bu istiqamətdə üçmərhələli planının icrası məqsədilə atılan addımları və ümumilikdə Qərb yarımkürəsində təhlükəsizliyin qorunmasının vacibliyiniqiymətləndiriblər.

Keçə həftə ABŞ-nin energetika naziri Kris Rayt da Karakasda idi. "Reuters" diqqətə çatdırır ki, amerikalı hökumət nümayəndələrinin Venesuelaya səfərləri birbaşaDonald Trampın həm hərbi gücdən, həm də enerji siyasətindən faydalanaraq bu ölkədə genişmiqyaslı islahatlar həyata keçirmək səylərininbir hissəsidir.

Firudin Həmidli
AzVision.az
Chosen
12
2
azvision.az

3Sources