EN

"Qarabağ"ın müdafiəçisi ÇL-də ən çox top qazanan üçüncü futbolçudur

"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində oyun zamanı rəqiblərindən ən çox top qazanan üçüncü futbolçudur.

"Report" xəbər verir ki, 32 yaşlı kolumbiyalı müdafiəçi Liqa və əsas mərhələdə 68 dəfə buna nail olub.

İlk sırada İspaniyanın "Atletik" klubundan Aytor Parades (77) yer alıb. İtaliyanın "Atalanta" komandasından Odilon Kossunu (73) ikincidir.

Qeyd edək ki, "Qarabağ" ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İngiltərənin "Nyukasl" komandasına uduzub - 1:6.

Chosen
40
3
far.az

10Sources