EN

Ucarda məktəbdə yanğın - FOTOLAR - YENİLƏNİB

Ucarda məktəb binasında yanğın baş verib.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində qeydə alınıb.

Bildirilib ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində orta məktəb binasında yanğın baş verib: “Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məktəbdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 40kv.m sahədə yanıb. 

Məktəb binasının böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb”.

"Cebheinfo.az"

Chosen
47
4
cebheinfo.az

10Sources