Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fevralın 18-i “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunda qəza baş verib.
“Qafqazinfo” xıəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Hadisə zavodun sexlərinin birində baş verib və istehsalat xarakterli olub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.