AzVision.az xəbər verir ki, Almaniya hökumətinin başçısı“Neue Berliner Redaktionsgesellschaft” media birliyi və “Rheinpfalz” qəzetinə müsahibəsində belə deyib.
“Mənim buna ümidim azdır. Rusiyanın hakim dəstəsi yaxın gələcəkdə müharibədən qaça bilməz. Onlar hərbi maşını saxlamalıdırlar, çünki cəbhədən qayıdan yüz minlərlə əsgərlə, o cümlədən ağır yaralananlarla nə edəcəkləri ilə bağlı heç bir planları yoxdur”, - Fridrix Merts iddia edib.
Onun sözlərinə görə, Ukraynadakı müharibəyə danışıqlar yolu ilə tez bir zamanda son qoymaq şansı demək olar ki, yoxdur. Bu müharibə yalnız tərəflərdən biri ya hərbi, ya da iqtisadi cəhətdən tükəndikdən sonra başa çatacaq.
- Rasional və humanitar arqumentlər Putini inandıra bilməyəcək. Acı həqiqət budur. Buna görə də, Avropa səylərinin məqsədi Rusiya dövlətinin müharibəni hərbi yolla və iqtisadi cəhətdən maliyyələşdirməyə davam etdirə bilməyəcəyini göstərməkdir”,- Almaniya kansleri vurğulayıb.
Mertsin fikrincə, hazırda sivil düya Rusiyanın dərin barbarlıq vəziyyətində olduğunun şahididir. Bu, yaxın gələcəkdə dəyişməyəcək və avropalılar bununla barışmalıdırlar.
Bununla belə, Münhen Təhlükəsizlik Konfransında Fridrix Merts ehtiyatlı şəkildə Rusiya ilə dialoqun bərpa olunmasını ehtimal edib.
“Danışmaq məntiqlidirsə, danışıqlara hazırıq. Lakin Moskva hələ “ciddi müzakirələrə” hazır deyil”,- Almaniya kansleri bildirib.
Sahil İsgəndərov
AzVision.az