EN

İnter 12 ildən sonra almanların aqibətini yaşadı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Milan "İnter"i Çempionlar Liqasında gözlənilməz şəkildə "Budyo-Qlimt"ə məğlub olub (1:3). 

Fanat.Az xəbər verir ki, "nerazzurri" pley-off mərhələsinin ilk oyununda Norveçdə uduzub. 

"Opta Sports"-un hesablamasına görə, İtaliya nəhəngi tarixdə ardıcıl dörd Çempionlar Liqasının pley-off oyununda üç və ya daha çox qol buraxan ikinci komanda olub. Milanlılar bundan əvvəl finalda PSJ-dən beş qol buraxmışdılar, həmçinin, ötən mövsüm yarımfinalda iki dəfə "Barselona"da üç qol "yemişdilər". Bu mənada antirekord 2005-2014-cü illər arasında ardıcıl beş belə oyun keçirən "Bayer Leverkuzen"ə məxsusdur. 

"İnter"in "Budyo-Qlimt"lə cavab oyunu gələn həftənin çərşənbə axşamı, 24 fevralda keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources