Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
Busaat.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Belə ki, dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.
Məhz buna görə də “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb./unikal