EN

Ötən il dövlət borcuna xidmət xərclərinə 300 mln. manat qənaət edilib

Ötən il xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib.

APA-Economics” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında bildirilib.

Nazir Sahil Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib. Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxili borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.

Qeyd edilib ki, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.

Məlumat verilib ki, ötən il ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi təmin edilib.

Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən Ötən
Chosen
43
apa.az

1Sources