EN

Metroda texniki nasazlıq - Sərnişinlər düşürüldü

Metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib.

HİT.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.

Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik.

Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Chosen
50
7
hit.az

10Sources