EN

Hərbçilərimiz Suriyadan çıxarılsın! Trampdan əmr

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ ordusu Suriyada qalan təxminən min hərbçisini iki ay ərzində tamamilə geri çəkməyə hazırlaşır. 

“Unikal” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Belə ki, geri çəkilmə başa çatdıqdan sonra ABŞ-nin Suriyadakı təxminən 10 illik hərbi mövcudluğu tamamilə sona çatacaq. Məlumata görə,  ABŞ qüvvələri artıq Suriya-İordaniya-İraq sərhədində yerləşən strateji Ət-Tənəf qarnizonundan və Suriyanın şimal-şərqindəki Şəddadi hava bazasından çıxarılıb.

Qərarın, Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ-nin tərəfdaşı olan YPG-nin demək olar ki, tam dağılması ilə əlaqədar verildiyi qeyd olunur.

Həmçinin,  ABŞ-nin yeni mərhələdə Suriya prezidenti Əhməd Əl Şaraa administrasiyası ilə diplomatik əlaqələri gücləndirməyi və mümkün təhdidləri siyasi-diplomatik yollarla idarə etməyi planlaşdırdığı vurğulanır. 

Ayxanım Məlikova 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
1
unikal.az

2Sources