EN

Arsenal da nə baş verir? Bu zərbəni qəbul etməliyik

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Arsenal"da nə baş verir? - "Bu zərbəni qəbul etməliyik"

İngiltərə Premyer Liqasının 31-ci turunda ötən gecə gözlənilməz nəticə qeydə alınıb.

QOL.az xəbər verir ki, xeyli müddətdir ki, yarışın şəriksiz lideri olan "Arsenal" turnir cədvəlinin autsayderi - 20-ci pillədə qərarlaşan "Vulverhempton"la səfər matçında xal itirib - 2:2.

London klubunun çalışdırıcısı Mikel Arteta matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, göstərdikləri oyunla bu məğlubiyyətə layiq olublar:

“Bunu qəbul etmək çox çətindir. İkinci hissədə Premyer Liqada qalib gəlmək üçün lazım olan səviyyədə oynamadıq. İndi qiymət vermək çətindir, emosiyalar çoxdur. Bu zərbəni qəbul etməliyik. Çünki buna layiq idik.

Emosiyalarla danışmaq komandaya zərər verə bilər. Hər kəs ən yaxşısını istəyir. Amma çətin dövrlərdən də keçmək lazımdır. Bu gün son dəqiqədə bunun bədəlini ödədik. Ən sadə işləri belə daha yaxşı görməli idik. Özümüzə qarşı daha tələbkar olmalıyıq. Çünki kifayət qədər yaxşı oynamadıq. Son aylarda çempionatda qeyri-sabit çıxış edirik".

Xatırladaq ki, "Arsenal" son turda "Brentford"a da qalib gələ bilməmişdi - 1:1. Hazırda "topçular" 58 xalla liderdir. Bir oyun az keçirən "Mançester Siti" 53 xalla 2-cidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
qol.az

2Sources