EN

İsrail qüvvələri yüksək hərbi hazırlıq səviyyəsinə gətirildi

İsrail təhlükəsizlik qüvvələri ABŞ-ın İrana mümkün hücumu səbəbindən ən yüksək müdafiə hazırlığı səviyyəsinə gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ynet mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, İsrail rəsmiləri hesab edir ki, Tehran Vaşinqtonun 17 fevralda Cenevrədə iki ölkə arasında keçirilən danışıqlarda elan edilən tələblərinə vaxtında əməl etməsə, ABŞ İrana genişmiqyaslı hücum edə bilər.

Ynet əlavə edib ki, İsrailin Baş naziri Binyamin Netanyahu hesab edir ki, ABŞ İrana hücum edərsə, Tehranın yəhudi dövlətinə hücumları qaçılmazdır.

Chosen
30
ucnoqta.az

1Sources