Amerika fond bazarlarında Dow Jones indeksi 0.26% - 49,662.66 bəndədək, S&P 500 indeksi 0.56% – 6,881.31 bəndədək, Nasdaq indeksi isə 0.78% – 22,753.63 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1.23% – 10,686.18 bəndədək, Almaniyanın DAX indeksi 1.12% – 25,278.21 bəndədək, Fransanın CAC-40 indeksi 0.81% - 8,429.03 bəndədək yüksəlib.
Dünya bazarlarında avronun ABŞ dollarına qarşı məzənnəsi 0.04% artaraq 1.1788 dollar təşkil edib.