EN

Orxan Lökbatanlı əməliyyatdan sonra danışdı

Orxan

Orxan Lökbatanlı əməliyyatdan sonra ilk dəfə danışdı.Boğazında əməliyyat keçirən meyxanaçı vəziyyətinin normal olduğunu açıqladı.Ulusum.az xəbər verir ki, tanınmış meyxanaçı Orxan Lökbatanlı boğazında keçirdiyi əməliyyatdan sonra sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayıb.Həkimlərin ona danışmağı qadağan etməsinə baxmayaraq, sənətçi çoxsaylı zəng və mesajları cavabsız qoymamaq üçün bir dəfəlik müraciət etdiyini bildirib. O, əməliyyatın uğurla keçdiyini, vəziyyətinin yaxşı olduğunu və artıq evə buraxıldığını qeyd edib.Eyni zamanda Orxan Lökbatanlı onun səhhəti ilə bağlı yanlış məlumat yayan şəxsləri qınayaraq, belə addımı atanların azərbaycanlı olduğuna inanmaq istəmədiyini vurğulayıb və onları “Allaha tapşırdığını” deyib.Ulusum.az kollektivi adından meyxanaçıya uzun və sağlam ömür, eyni zamanda yaradıcılığında qüsursuz və zirvələrlə dolu uğurlar arzulayırıq.Ulusum.az

Diqqət Çəkənlər

Zaur Əliyev də vəzifədən azad edilir? – Gözlənilməz qərarın sirri

Məktəbdə yanğın- Şagirdlər təxliyə olundu

Azərbaycanda siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK

Chosen
44
ulusum.az

1Sources