Marko Rubio fevralın 28-də İsrailə səfər edəcək
İnterpress.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının nümayəndələri anonimlik şərti ilə məlumat yayıb.
ABŞ-ın Dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər etməyi planlaşdırır. Səfər zamanı o, İsrailin Baş naziri Benyamin Netanyahuya İranın nüvə proqramı üzrə aparılan ABŞ-İran danışıqlarının gedişatı barədə ətraflı məlumat vermək niyyətindədir.
Məlumata görə, tərəflər arasında görüşün fevralın 28-də baş tutacağı gözlənilir. Bu səfər regionda nüvə məsələsi ətrafında gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxtda baş tutur.
Xuraman Etibarlı
İnterpress.az