EN

Azərbaycan-Ermənistan sülhündə Aİ-nin ROLU: İnvestisiyalar və yeni nəqliyyat yolları

Aİ Cənubi Qafqazda sülh və inkişafın açarı ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Polşanın aparıcı analitik mərkəzi olan PISM məlumat yayıb.

Azərbaycan və Ermənistan arasında imzalanmış Vaşinqton bəyannaməsindən sonra əldə olunmuş razılaşmanın uğurla icra edilməsində Avropa İttifaqı (Aİ) həlledici rol oynaya bilər.

Ekspertlər təklif edirlər ki, Aİ Ermənistan, Azərbaycan və Türkiyənin açılmış sərhədləri vasitəsilə nəqliyyat marşrutlarının genişləndirilməsi üçün konkret maliyyələşdirmə və investisiya layihələri təqdim etməlidir.

Analitiklərin fikrincə, Avropa İttifaqının bu prosesdə iştirakı infrastrukturun tikintisini sürətləndirəcək, regionun iqtisadi artımını dəstəkləyəcək və “Orta Dəhliz” vasitəsilə Mərkəzi Asiya ilə ticarət perspektivləri yaradacaq.

Bu, həm də regionun qlobal logistik xəritədəki mövqeyini daha da gücləndirə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources