EN

Mers almanları əmək mentalitetini dəyişməyə çağırdı

Mers almanları əmək mentalitetini dəyişməyə çağırdı

Almaniya Kansleri Fridrix Mers ölkənin iqtisadi rifahını təmin etmək məqsədilə almanları əmək mentalitetini dəyişməyə çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) partiyasının Trir şəhərində keçirilən tədbirində çıxışı zamanı bildirib ki, əgər rifahı qoruyub saxlamaq istəyiriksə, hamı birlikdə səylərini artırmalı və ölkədə yenidən yüksək nəticələrin nümayiş etdirilməsinin qayğısına qalmalıdır.

Mersin sözlərinə görə, əgər əvvəlki nəsillər işə bu gün qismən müşahidə olunan mentalitetlə yanaşsaydılar, Almaniya indiki iqtisadi inkişaf səviyyəsinə çata bilməzdi. Kansler eyni zamanda qeyd edib ki, o, almanlardan mentalitetin dəyişməsini məcburiyyət, təzyiq və ya yeni qanunlar yolu ilə tələb etmək niyyətində deyil.

Xatırladaq ki, Mers bundan əvvəl də almanların əməyə münasibətini tənqid edərək onları daha çox işləməyə çağırmışdı. O, həmçinin ölkə sakinlərinin həddindən artıq tez-tez bülleten (xəstəlik vərəqəsi) götürdüklərini xüsusi vurğulamışdı.

Chosen
79
afn.az

1Sources