EN

Azərbaycanlılar da istifadə edir, Rusiya isə qadağa qoydu Təhlükə var?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Teleqram platformasının Rusiyada tamamilə bloklanması xəbərləri regionda, o cümlədən Azərbaycanın sosial media məkanında ciddi müzakirələrə səbəb olub. Milyonlarla insanın söhbətləşmə vasitəsinə çevrilmiş bir platforma ilə bağlı belə qərarın verilməsi ictimaiyyətdə narahatlıq yaradıb.

Teleqramla bağlı nə baş verir? Bu, artıq etibarlı platforma deyil?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, bir ölkənin hansısa platformanı bloklaması onun təhlükəli olduğu anlamına gəlmir:

“Bu tip qərarlar çox vaxt texniki yox, siyasi və ya informasiya nəzarəti ilə bağlı səbəblərdən verilir. Yəni Rusiya tərəfindən atılan addımı birbaşa kibertəhlükəsizlik problemi kimi vurğulamaq düzgün olmaz. Teleqrama gəldikdə isə, bu platforma texniki baxımdan özünəməxsus güclü şifrələmə və təhlükəsizlik mexanizmlərinə malikdir. Amma bir nüans var ki, Teleqramda yalnız “secret chat” rejimi tam ucdan-uca şifrələnir. Adi çatlar server tərəfindən şifrələmə ilə qorunur. Bu isə texniki olaraq platformanın məlumatlarına çıxış imkanının olduğunu göstərir. “Teleqram 100 faiz toxunulmazdır” demək də düzgün deyil. Bütün böyük platformalarda bu risk mövcuddur”.

E.Həsənov deyib ki, Teleqrama texniki baxımdan alternativlər çoxdur:

“Məsələn Vatsap, Siqnal və ya Vayber kimi platformalar mövcuddur. Amma hərəsinin öz üstün və zəif tərəfləri var. Siqnal daha çox məxfilik üzərində qurulub, Vatsap rahatlıq və geniş istifadəçi bazası təklif edir, Vayber isə regionlarda populyardır. Yəni ən təhlükəsiz platforma anlayışı yoxdur. Sadəcə olaraq məqsədimizə görə seçim edə bilərik”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
globalinfo.az

1Sources