EN

"Araz-Naxçıvan"da iki XOŞ HADİSƏ

“Araz-Naxçıvan” bir günlük istirahətdən sonra “Karvan-Yevlax”la matçın hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, zədəli olduğuna görə “Sumqayıt”la görüşdə iştirak etməyən futbolçulardan İssuf Paro kollektivlə birgə məşqlərə qoşulub.

Sarı vərəqə limitinin dolduran Patrik Andrade də növbəti oyunda iştirak edə biləcək.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 21-ci turunda Yevlaxda “Karvan-Yevlax”ın qonağı olacaq. Görüş fevralın 21-də, saat 14:30-da başlayacaq.

Chosen
36
sportinfo.az

1Sources