EN

Uitkoff və Kuşner İran və Ukrayna mövzusunu Tramp ilə müzakirə ediblər

BAKI, 19 fevral. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Cenevrədə İran və Ukrayna ilə bağlı keçirilən danışıqların nəticələri barədə Donald Trampa məlumat təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Prezident Tramp bu gün müşavirləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşərək İranla nüvə danışıqları, Rusiya-Ukrayna xətti üzrə müzakirələr, eləcə də sabah keçiriləcək Qəzza üzrə Sülh Şurasının iclası barədə məlumat alıb.

Chosen
53
teleqraf.com

1Sources