EN

Almaniyada prezident seçkilərinin tarixi açıqlandı

Bakı. Trend:

Almaniyada koalisiya hökuməti yeni prezident seçkisi üçünFederal Məclisin (Bundesversammlung) 2027-ci il yanvarın 30-dakeçirilməsini planlaşdırır.

Trend xəbər verir ki, bubarədə “Spiegel” jurnalına koalisiya hökumətində yer alan Birlikbloku (CDU/CSU) və Sosial Demokratlar Partiyasından (SPD)bildirilib.

Federal Məclisin toplantısı üçün daha əvvəl gündəmdə olan 14fevral tarixi həmin həftəsonu 63-cü Münxen Təhlükəsizlik Konfransıkeçiriləcəyi üçün qəbul edilməyib. Nəşrin məlumatına görə, KanslerFridrix Merts də Münxen Təhlükəsizlik Konfransı ilə əlaqədarprezident seçkisinin həmin həftəsonunda keçirilməməsinə önəmverir.

Almaniyanın hazırkı Prezidenti Frank-Valter Ştaynmayerin ikinciprezidentlik müddəti 2027-ci il martın 18-də başa çatacaq.Konstitusiyaya əsasən, yeni Prezident seçkisi bundan ən azı 30 günəvvəl keçirilməlidir. Bunun üçün son tarix 2027-ci il fevralın16-na təsadüf edir. Son illərdə Federal Məclisin iclasları adətənşənbə və ya bazar günləri keçirildiyi üçün həmin vaxtdan əvvəlkihəftəsonu 63-cü Münxen Təhlükəsizlik Konfransı ilə eyni həftəsonunatəsadüf edir. Ondan əvvəlki həftəsonu isə karnaval ilə əlaqədargündəmdən çıxır. Buna görə də SPD və Birlik bloku seçkini yanvarın30-da keçirmək istəyir. Nəşr yazır ki, bu plan hələ müxalifətlərazılaşdırılmayıb.

Federal Məclis Almaniya Prezidentini seçmək üçün yalnız buməqsədlə toplanan xüsusi qurumdur. O, Bundestaqın bütündeputatlarından və onların sayı qədər federal əyalətlərinparlamentləri tərəfindən seçilən nümayəndələrdən ibarət olur.Əyalət nümayəndələri arasında siyasətçilərlə yanaşı, elm,mədəniyyət, idman sahələrindən tanınmış şəxslər də yer alırlar.

Son vaxtlar ölkədə növbəti prezidentin qadın olması barədəmüzakirələrə də tez-tez rast gəlinir. Əsasən SPD və Yaşıllarpartiyalarından olan siyasətçilər bu barədə çağırışları yenidənsəsləndiriblər. Bu partiyalardan olan bəzi siyasətçilər növbətiprezident üçün namizədin mütləq siyasətçi olması şərtini o qədər dəönəmli hesab etməyiblər. Qeyd edək ki, sabiq Kansler AngelaMerkelin seçkidə namizəd olacağı barədə bir neçə gün əvvəl bəziiddialar səsləndirilsə də, Kansler ofisi yayılan məlumatlar təkzibetmişdi.

Chosen
54
3
az.trend.az

4Sources