EN

Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

BAKI, 19 fevral. TELEQRAF

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı Prezident Bayram Beqay Albaniya Baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Leyla Əliyeva isə Azərbaycan və Albaniya arasında əlaqələrin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb.

Söhbət zamanı logistik çətinliklərin aradan qaldırılması məsələsinə toxunulub, Bakı–Tirana birbaşa aviareyslərinin işə salınmasının zəruriliyi xüsusi qeyd edilib.

Albaniyada ildə təxminən 300 günəşli günün olması nəzərə alınaraq, ölkədə ilboyu turizm və ekoturizmin inkişafı, həmçinin Albaniya, Monteneqro və Kosovonu birləşdirən ortaq turizm marşrutlarının yaradılması imkanları müzakirə edilib.

Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq var. Qeyd olunub ki, Azərbaycanın Monteneqroda həyata keçirdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlana, hətta daha böyük nəticələr verə bilər. Söhbət zamanı iki ölkə liderlərinin siyasi iradəsinin konkret addımlarla, o cümlədən viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı da vurğulanıb.

Görüşdən sonra Albaniya Prezidenti Baş nazirin iqamətgahında nümayiş olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi ilə tanış olub.

Chosen
20
11
teleqraf.com

10Sources