EN

Putin və Zelenski arasında görüş keçirilə bilər — “RBC-Ukrayna”

Putin və Zelenski arasında görüş keçirilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” mənbəsinə istinadən məlumat yayıb.

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüşün keçirilməsi ehtimalı gündəmə gəlib.

Məlumata görə, Cenevrədə davam edən sülh danışıqlarında Ukrayna nümayəndə heyəti Rusiyanın göstərdiyi güclü təzyiqlərə tab gətirə bilib.

Ukrayna tərəfinin əsas tələbi Rusiya qoşunlarının Donbasdan tamamilə çıxarılmasıdır.

Mənbə bildirir ki, hərbi yarımqrupun hazırladığı işlərin necə reallaşacağı birbaşa siyasi yarımqrupun qərarından asılıdır.

Bu səbəbdən artıq məsələnin dövlət başçıları səviyyəsində müzakirə olunmasına ciddi ehtiyac yaranıb.

“Görünür, liderlərin görüşü məhz bu şəkildə baş tutacaq”, – mənbə vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
72
interpress.az

1Sources