EN

Lavrov ölkənin parçalanacağını açıqladı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2024-cü ilin dekabrında keçmiş prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriya parçalanma təhlükəsi ilə üzləşib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində danışıb.

Lavrov qeyd edib ki, 2024-cü ilin dekabr hadisələri baş verəndə Suriya dövləti, bir sıra digər qonşu dövlətlər – İraq, Yəmən və Liviya kimi dağılmaq təhlükəsi ilə üzləşdi və bunun növbəti dövrlərdə baş verməsi istisna deyil.

Onun sözlərinə görə, bütün bunlar, o cümlədən Suriya Ərəb Respublikası üçün, regiona heç bir xeyir gətirməyən 2011-ci ilin “Ərəb Baharı”nın nəticəsidir.

Rusiya ilə Suriya arasında münasibətlərin hazırkı vəziyyətinə toxunan nazir Moskva ilə Dəməşq arasında qarşılıqlı hörmətin qorunduğunu vurğulayıb. O, həmçinin Suriya Ərəb Respublikasının ərazi bütövlüyünün tezliklə bərpa olunacağına və keçid hakimiyyətinin terrorçu qruplar üzərində qələbə qazanacağına ümid etdiyini bildirib.

“Biz görürük ki, bu hisslər süni deyil. Onlar xalqdan gəlir. Biz hər cür qarşılıq veririk”, – deyə o qeyd edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
globalinfo.az

1Sources