EN

"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu -

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Metbuat.az-ın məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.***23:19UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında qonaqlar daha bir qol vurublar.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqib komanda üstünlüyünü bir qədər də möhkəmləndirib - 6:1.72-ci dəqiqədə Ceykob Merfi fərqlənib.***23:02UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:5.55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandanın qapısını dəqiq nişan alıb.***22:51UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında ikinci hissə başlayıb.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl"ın 5:0 hesablı üstünlüyü var.Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.***22:34UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb.Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.***22:31UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında növbəti qol vurulub.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 5:0.45+1-ci dəqiqədə Entoni Qordon özünün dördüncü qolunu vurub.***22:20UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.34-cü dəqiqədə Entoni Qordon het-trik edib.***22:18UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.***21:55UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.***21:49UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.3-cü dəqiqədə Entoni Qordon fərqlənib.***21:45UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçı start götürüb.Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

Chosen
82
16
metbuat.az

10Sources