Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevin Gəncəyə getməsi ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “İncə səhər”ə açıqlama verib.
O bildirib ki, evlilikləri müddətində həyat yoldaşı ilə ayrı qalmayıblar:
“Bayaq oğlum mənə baxır, deyir, “görürəm çox kədərlisən”. Deyirəm, yox kədərli deyiləm, niyəsə belə fikirləşir. 38 ildir evliyik, elə bir gün olmayıb ki, həyat yoldaşım evdə olmasın. Daha çox mənim işlə bağlı səfərlərim olub, nəinki onun. Buna da öyrəşərik”.
Qeyd edək ki, Ə. Hacıyev Azərbaycan Dövlət Rus Dram teatrından sonra Gəncə Dövlət Milli Dram teatrına direktor təyin olunub.
Sara, Bizim.Media