EN

Kafedə dava gənc oğlanın ölümü ilə BİTDİ

Fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb./Lent.az

Chosen
46
6
nocomment.az

9Sources