“Nyukasl Yunayted”in hücumçusu Entoni Qordon UEFA Çempionlar Liqası tarixində oyunun ilk hissəsində dörd qol vuran ikinci oyunçu olub.
Qordon qolları Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən matçda Ağdamın “Qarabağ” klubunun qapısına vurub.
İdman.Biz-in “OptaJoe”yə istinadən məlumatına görə, bu rekord daha əvvəl 2014-cü ilin oktyabrında “Şaxtyor Donetsk”in heyətində “BATE Borisov”la oyunda vurduğu qollar sayəsində Luiz Adrianoya məxsus idi.