EN

İranda etirazlar ilə bağlı yenilik: 230 məktəbli…

İranda yanvar etirazları zamanı öldürülən 230 məktəblinin kimliyi müəyyənləşdirilib və digərlərinin də kimliyinin dəqiqləşdirilməsinə çalışılır. İran Müəllimlər Həmkarlar İttifaqının Koordinasiya Şurası məlumat yayıb.

“Onlar hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüblər və İran hökuməti bu qətllərdən heç birinə görə məsuliyyəti öz üzərinə götürməyib”, – məlumatda qeyd olunub.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Azər Qasımov deyib ki, İran rejiminin törətdiyi vəhşiliyin üzərindən keçiləsi heç bir əsası yoxdur:

“Bütün dünya birliyi bu rejimin törətdiyi soyqırım vəhşiliyinə reaksiya göstərməlidir. İnsanların dini dövlət adı altında təzyiqlərə, repressiyalara məruz qalması bu rejimin saxta və qəddar mahiyyətini ortaya qoyur. Dində heç bir məcburiyyətin olmadığı gerçəyi Quranda yazılıb. Əgər insanlar bu rejimin din anlayışından yorulublarsa, deməli, bu din anlayışı yanlışdır, sadəcə kütləni idarə etmək üçün bir vasitədir.

ABŞ-nin İran rejiminin devrilməsi üçün fəaliyyəti doğru və yerindədir. Bu rejim və idarəçiləri yox edilməlidir. Onların ömürlərini uzatmaq üçün yürüdülən hər bir siyasət ancaq dinc insanların həyatına biganəlik, rejim ilə əlbir olmaq deməkdir. İnsanlar bu rejimdən canlarını qurtarmaq istəyirlərsə, deməli, onların din anlayışından canlarını qurtarmaq istəyirlər. Dini kimsə insanlara zorla sırıya bilməz.

Görünən odur ki, İran rejiminin yeni dünya düzənində yeri yoxdur. Bu, nəticəsi nə olursa-olsun belə də olmalıdır. Azərbaycan tərəfi öz imkanları hesabına ABŞ və İsrail tərəfindən onların planlarının mahiyyətini öyrənməlidir və planlarını buna görə qurmalıdır. Rejim dəyişdiyi durum üçün öz təkliflərini də verməlidir”.

Atilla Rzasoy

Chosen
32
nocomment.az

1Sources