EN

​İran, Rusiya və Çin orduları bir araya gəldi

İran, Rusiya və Çin Oman körfəzində və şimali Hind okeanında illik hərbi təlimlərə başlayır. Metbuat.az xəbər verir ki, təlimdə ölkələrin hərbi dəniz qüvvələri iştirak edəcək. “Tasnim” xəbər agentliyinin məlumatına görə, “Dəniz təhlükəsizlik kəməri” təliminin sözçüsü kontr-admiral Həsən Maksudlu bildirib ki, təlimin əsas məqsədi Oman körfəzində və şimali Hind okeanında təhlükəsizliyi və qarşılıqlı əlaqələri gücləndirməkdir.

Qeyd edək ki, İran, Rusiya və Çin bu bölgədə "Dəniz Təhlükəsizlik Kəməri" adlı illik təlimlər keçirir və bunlardan birincisi 2019-cu ildə baş tutub.

Chosen
34
metbuat.az

1Sources