EN

İran, Rusiya və Çin MAQATE rəhbərinə birgə məktub ünvanlayıb

İran, Rusiya və Çin MAQATE rəhbərinə birgə məktub ünvanlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran, Rusiya və Çinin Vyanadakı beynəlxalq təşkilatlar yanında səfirləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ilə görüşüblər. Görüşün əsas mövzusu İranın nüvə proqramı ətrafında cərəyan edən son hadisələr olub.

Görüş zamanı səfirlər tərəfindən Rafael Qrossiyə birgə məktub təqdim edilib. Həmin sənəddə hər üç ölkənin nüvə məsələsi ilə bağlı ortaq mövqeyi öz əksini tapıb. Məktubda həmçinin üçtərəfli koordinasiyanın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Tərəflər nüvə enerjisindən dinc məqsədlərlə istifadə və beynəlxalq nəzarət mexanizmlərinin işləməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
79
interpress.az

1Sources