EN

Mançester Yunayted onu klubdan göndərir

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mançester Yunayted" onu klubdan göndərir

"Mançester Yunayted" rəhbərliyi vinger Ceydon Sanço ilə bağlı yekun qərarını verib. 

QOL.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, klub futbolçunun müqaviləsini 12 aylıq uzatmaq bəndindən istifadə etməyəcəyini bəyan edib.

Cari mövsümü icarə əsasında "Aston Villa"da keçirən Sançonun həftəlik 200 min funt sterlinqlik sözləşməsi cari mövsümün sonunda başa çatır. "Qırmızı şeytanlar" 25 yaşlı ingiltərəli oyunçunun azad agent kimi komandadan ayrılmasına icazə verməklə maaş büdcəsini yüngülləşdirmək niyyətindədir.

Qeyd edək ki, cari mövsümdə futbolçu "Aston Villa"nın heyətində 6 matçın start heyətində yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
qol.az

2Sources