EN

Bloqerin canlı yayımda filtri DÜŞDÜ: 140 min izləyici İTİRDİ – VİDEO

Çinli strimerin gözəllik filtri sıradan çıxıb və o, bir dəqiqə ərzində 140.000 abunəçisini itirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Çində 58 yaşlı qadın strimer uzun müddət süni intellekt filtrlərindən istifadə edərək özünü gənc və gözəl bir qız kimi qələmə verib. Lakin canlı yayım zamanı baş verən gözlənilməz texniki nasazlıq onun bütün sirrini aşkar edib.

Yayım zamanı süni intellekt əsaslı “gözəllik filtri” qəfil söndüyü üçün izləyicilər ideal dərili gənc gözəl əvəzinə, qarşılarında 58 yaşlı qadının real üzünü görüblər.

Aldandıqlarını anlayan istifadəçilər dərhal reaksiya göstəriblər. Hadisənin şokundan cəmi bir dəqiqə ərzində strimerin səhifəsindən 140 000 nəfər abunəçiliyi ləğv edib.

Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə və süni intellekt vasitəsilə insanların manipulyasiya edilməsi mövzusunda kəskin tənqidlərə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
interpress.az

1Sources