EN

Almaniyanın müdafiə naziri Pistorius Türkiyənin NATO təlimlərindəki mərkəzi rolunu vurğuladı



Almaniyanın müdafiə naziri Boris Pistorius Türkiyənin Avropa təhlükəsizliyindəki mühüm rolunu vurğuladı və NATO-nun müdafiə planlarına verdiyi əhəmiyyətli töhfələri təriflədi.
Boris Pistorius, NATO-nun Baltik dənizində keçirdiyi "Steadfast Dart 2026" hərbi təlimini müşahidə etdikdən sonra keçirilən mətbuat konfransında çıxış edib.
Pistorius, təlimdə iştirak edən türk müttəfiqlərinin, türk dostlarının töhfəsinin NATO üçün son dərəcə vacib olduğunu vurğulayaraq dedi: "Çünki bu, NATO-nun bəzilərinin düşündüyündən daha böyük olduğunu göstərir. Türkiyə həmişə bunda mərkəzi rol oynayıb və bu gün də yəqin ki, daha çox rol oynayır".
Pistorius, Türkiyənin NATO-ya verdiyi töhfəni vurğulayaraq bildirib ki, "Türkiyə cənub-şərq cinahında çox vacib NATO tərəfdaşıdır və bu gün çox təsirli şəkildə göründüyü kimi, Türkiyə Hərbi Dəniz Qüvvələri üçün yeni olan və çox yüksək keyfiyyətli olduğunu sübut edən amfibiya qayıqları ilə diqqətəlayiq imkanlara malikdir".

NATO-nun bəzilərinin düşündüyündən daha böyük olduğunu deyən Pistorius, Türkiyənin bunda həmişə mərkəzi rol oynadığını vurğulayıb.

Pistorius, Türkiyəyə təxminən 2000 hərbi qulluqçu, Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatları və TCG Anadolu, TGC İstanbul, TGC Derya və TGC Oruçreis freqatları ilə təlimdə iştirak etdiyinə görə təşəkkür edib.

Almaniya müdafiə naziri də desant təlimində iştirak edən Zirehli Amfibiya Hücum Maşınlarını (ZAHA) maraqla izləyib.

Pistoriusun öz mobil telefonu ilə ZAHA-ların şəkillərini çəkdikdən sonra Dəniz Qüvvələri Komandanı Admiral Ərcüment Tatlıoğluna təşəkkür etdiyi və ZAHA-lara olan marağını göstərdiyi öyrənilib.

aia.az
Tərcümə şöbəsi



Chosen
95
2
aia.az

3Sources