EN

Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olundu (FOTO)

Bakı. Trend:

Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyindəkeçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və MaliyyəÖhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildəgörülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr,Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması,razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə dəcari məsələlər müzakirə olunub.

Trend xəbər verir ki,nazirliyin struktur bölmələri və tabeliyindəki qurumlarınrəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri,Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlhamƏliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu vəməqsədyönlü siyasət ölkəmizin hərtərəfli inkişafına,sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadisabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu amillər dövlətbüdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir vəxərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskalintizamın qorunmasına və maliyyə mövqelərimizin daha damöhkəmlənməsinə şərait yaradır.

S.Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş BorcStrategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nailolunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağısaxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarınıüstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib.Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskininməqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlbolunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxiliborcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlətborcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının ortaödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə EdilməsiAgentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duranvəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 1 yanvar 2026-cıil tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumiməbləği 25.987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinəbərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1.392,7milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faiziisə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi dəazalaraq 10.368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsindəqərarlaşıb.

Hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadənəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manatqənaət edilib, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirməəməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətliistiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbətdəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəməmüddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraqAgentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrəuçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Ötən ilərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞdolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eynizamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçünbeynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyətidövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsitəmin edilib.

Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsindəbeynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cuilləri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dairStrategiya” sənədinin hazırlanması və Agentliyin fəaliyyətistiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusionalçərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarverib.

Kollegiya iclasında Maliyyə Nazirliyinə daxil olmuş vəNazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması,razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti barədəməruzə dinlənilib. Bildirilib ki, Maliyyə Nazirliyi normayaratmafəaliyyətinin subyekti kimi hüquqi akt layihələrinin hazırlanması,ekspertizası, qəbul olunması, dəyişikliklər edilməsi və bu aktlarınləğv edilməsi prosesində iştirak edir. 2025-ci il ərzində Nazirliyədövlət orqanlarından daxil olmuş 1248 hüquqi akt layihəsinə müvafiqqaydada baxılıb, eyni zamanda, Nazirliyin təşəbbüsü və yuxarıdövlət orqanlarının tapşırıqları əsasında 150 hüquqi akt layihəsihazırlanıb. Onlardan 43-ü qanun, 50-si Fərman, 4-ü PrezidentSərəncamı, 9-u Nazirlər Kabinetinin qərarı, 40-ı NazirlərKabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarıolub ki, ötən il ərzində onlardan 45 sənəd təsdiq edilib.

Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin 25 avqust2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunmasısahəsində mühüm islahatlara start verilib ki, bu sənəd dövlətmaliyyəsinin idarə edilməsi sahəsində islahatların əsası kimi qəbuloluna bilər. Qeyd olunub ki, bu islahatlar çərçivəsində gömrük,dövlət rüsumu, dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqişəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının səmərəliidarə edilməsi Maliyyə Nazirliyinin fəaliyyət sahələrinə aidedilib, rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməkləNazirliyin fəaliyyət sahələri üzrə səmərəli icra və nəzarətmexanizminin formalaşdırılması üçün “Rəqəmsal dövlət maliyyəsi”informasiya sistemi yaradılıb. Eyni zamanda, publik hüquqi şəxslərxəzinə müşayiətinə cəlb edilib, dövlət müəssisələrinin bütün bankhesablarına xəzinə müşahidə mexanizminin yaradılması, dövlətvəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektronmüqavilələr əsasında həyata keçirilməsinin təşkili, həmçinin dövlətmüəssisələrinin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəlixərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsiMaliyyə Nazirliyinə həvalə edilib.

Bundan başqa, Maliyyə Nazirliyi yanında Dövlət MüəssisələrininMonitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.Həmçinin, Nazirliyin və strukturuna daxil olan digər qurumlarınəsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiqdəyişikliklər edilib.

Nazir Sahil Babayev hüquqi akt layihələrinin icra prosesinindaha da təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinintətbiqinin vacibliyini qeyd edib. Bu çərçivədə layihələrin elektronsənəd dövriyyəsi sistemi ilə yanaşı “Normativ hüquqi aktlar”informasiya sistemi vasitəsilə icrası, gecikmə hallarınınaraşdırılması və icra yükünün balanslaşdırılması məqsədəuyğun hesabolunub. Eyni zamanda, kollegiyanın sədri razılaşdırmaprosedurlarının sadələşdirilməsi, maliyyə-iqtisadiəsaslandırmaların təqdim olunması tələbinin qanunvericilikdə əksetdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı müvafiqtapşırıqlar verib.

Kollegiya iclasında həmçinin, Maliyyə Nazirliyində tapşırıqlarınicra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimatnümayiş etdirilib və müzakirə olunan məsələlərə dair müvafiqqərarlar qəbul edilb.

Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Kollegiya
Chosen
67
6
az.trend.az

7Sources