EN

“Avropa İttifaqı Paralimpiya Oyunlarının açılış mərasimini boykot edir“ “QORDON“

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiya və Belarusun milli bayraqlarla geri dönməsi yeni siyasi qalmaqala səbəb olub..."

Bu il qış Olimpiya mövsümü idmandan çox siyasi mübahisələrlə yadda qalır. Aİ-nin idman məsələləri üzrə komissarı Qlenn Mikallef Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.

Nəşr yazır ki, buna səbəb isə rusiyalı və belaruslu idmançılara milli bayraqları altında yarışmağa icazə verilməsi ilə bağlı qərardır. O, "X" sosial şəbəkəsində bu qərarı "qəbuledilməz" adlandırıb.

Mikallef bildirib ki, Rusiya Ukraynaya qarşı aqressiv müharibəni davam etdirdiyi bir vaxtda milli rəmzlərin - bayraq, himn və formaların bərpasını dəstəkləyə bilməz. Onun sözlərinə görə, idman yalnız prinsiplərə əsaslandıqda birləşdirici rol oynayır, əks halda isə cəmiyyəti parçalayır. Komissar həmfikirlərini də eyni mövqe tutmağa çağırıb.

Ukraynanın reaksiyası və diplomatik çağırışlar

Ukraynanın gənclər və idman naziri Matvey Bednıy də ölkə rəsmilərinin Paralimpiya Oyunlarına getməyəcəyini bildirib. O, təşkilatçıların rusiyalı və belaruslu idmançıları milli bayraqlar altında yarışlara buraxmaq qərarını "biabırçı" adlandırıb və ukraynalı nümayəndələrin nə açılış mərasimində, nə də digər rəsmi tədbirlərdə iştirak edəcəyini vurğulayıb.

Ukrayna xarici işlər naziri Andrey Sybiqa isə qərarın həm mənəvi, həm də siyasi baxımdan yanlış olduğunu qeyd edib. Onun fikrincə, bu bayraqlar və himnlər Ukraynaya qarşı müharibə aparan rejimləri təmsil edir və onları törədilmiş cinayətlərdən ayırmaq mümkün deyil. 

Nazir əlavə edib ki, müasir Rusiyada hətta Paralimpiya idmanı belə müharibə iştirakçılarının təbliği üçün istifadə olunur və belə bir sistemə beynəlxalq nüfuzlu platforma təqdim etmək təhlükəli siqnaldır.

Sibiqa Ukrayna səfirlərinə tapşırıq verib ki, akkreditə olunduqları ölkələrin hökumət nümayəndələri ilə danışıqlar aparsınlar və bu qərar ləğv olunmadığı təqdirdə açılış mərasimində iştirak etməməyə çağırış etsinlər.

2026-cı il Paralimpiadası və BПК-nin qərarı

Rusiyalı və belaruslu idmançılar 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Paralimpiya yarışlarından kənarlaşdırılıb. 2023-cü ildən etibarən onlara yalnız neytral statusda iştirak etməyə icazə verilib.

Lakin fevralın 17-də Beynəlxalq Paralimpiya Komitəsi qərar qəbul edib ki, altı rusiyalı və dörd belaruslu idmançı 6-15 mart 2026-cı ildə Milan və Kortina d'Ampesso şəhərlərində keçiriləcək Paralimpiya Oyunlarında milli bayraqları altında yarışa biləcəklər. 

Komitənin nümayəndəsi Kreyq Spens bildirib ki, həmin idmançılara "istənilən digər ölkənin təmsilçiləri kimi" yanaşılacaq. Bu isə o deməkdir ki, onlar milli rənglərdə çıxış edə, bayraqları qaldıra və medal qazandıqları halda dövlət himnlərini səsləndirə biləcəklər.

Beləliklə, 2026-cı il Paralimpiadası hələ start götürməmişdən əvvəl ciddi siyasi gərginlik fonunda qarşılanır. İdmanın siyasətdən ayrı qalmalı olub-olmaması ilə bağlı mübahisələr isə yenidən beynəlxalq gündəmin mərkəzinə qayıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
moderator.az

2Sources